...

Bakıda PPX əməliyyat keçirdi, heroin alverçisi yaxalandı

Hadisə Materials 17 Mart 2020 16:51 (UTC +04:00)
Trend-in məlumatına görə, Sabunçu rayon Post-Patrul Xidməti əməkdaşları daxil olan məlumat əsasında Sabunçu rayonu ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ə. Mahmudov saxlanılıb.
Bakıda PPX əməliyyat keçirdi, heroin alverçisi yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda polis narkotik alverçisinin yaxalanması ilə bağlı əməliyyat keçirib.

Trend-in məlumatına görə, Sabunçu rayon Post-Patrul Xidməti əməkdaşları daxil olan məlumat əsasında Sabunçu rayonu ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ə. Mahmudov saxlanılıb.

Baxış zamanı onun üzərindən 0,119 qram metanfetamen həbi və 274 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti