...

Sumqayıtda 3 ev yanıb

Hadisə Materials 6 Aprel 2020 09:19 (UTC +04:00)
Sumqayıtda 3 ev yanıb

Bakı. Trend:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində barak tipli birmərtəbəli binanın dam örtüyü 100 m² sahədə, ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti