...

Saatlıda pambıq zavodunda qadının vurulmasına görə cinayət işi başlandı

Hadisə Materials 18 Aprel 2020 10:01 (UTC +04:00)
Saatlı rayonunda P-Aqro" MMC-nin Saatlı Pambıq Emalı zavodunda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.
Saatlıda pambıq zavodunda qadının vurulmasına görə cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Saatlı rayonunda "P-Aqro" MMC-nin Saatlı Pambıq Emalı zavodunda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, faktla bağlı cinayət işi Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci maddəsilə açılıb.

Xatırladaq ki, zavodda qeydə alınan hadisədə Zeyniyev İlham Zahir oğlu idarə etdiyi avtokarla zavodda kiptikən işləyən 1969-cu il təvəllüdlü Abasova Şəhla Nəriman qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti