...

İmişli sakinini hədələyib pul alan şəxs tutuldu

Hadisə Materials 25 Aprel 2020 14:53 (UTC +04:00)
İmişli sakinini hədələyib pul alan şəxs tutuldu

Bakı. Samir Əli - Trend:

İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul almaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini O.Eyvazov saxlanılıb.

Onun, atası A.Eyvazovla birgə cari il yanvar ayında Kürdəmir rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib 6 min manat almaları da müəyyən edilib.

A.Eyvazov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti