DTX İmişli rayonunun sabiq icra başçısının həbsi barədə məlumat yaydı (VİDEO)

DTX İmişli rayonunun sabiq icra başçısının həbsi barədə məlumat yaydı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizlik Xidməti İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri davam etdirilməkdədir.

Toplanılmış materiallar üzrə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir.

Ermənistan sutka ərzində atəşkəsi 65 dəfə pozdu
Ermənistan sutka ərzində atəşkəsi 65 dəfə pozdu
Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır (FOTO)
Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır (FOTO)
Atəşkəs rejimi 78 dəfə pozulub
Atəşkəs rejimi 78 dəfə pozulub
Loading Bars
Xəbər lenti
Milli Məclisin komitə sədri: SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılır
Samuxda piknik edənlər cərimələnib (FOTO)
Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurula bilər
Koronavirusa yoluxan ATU-nun şöbə müdiri Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib
Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir? - SORĞU
Şabran və Siyəzəndə çəyirtkələrin kənd təsərrüfatına ziyan vurmasının qarışısı alınıb (FOTO)
Mal-qara oğurları saxlanılıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Yaşayış yerini tərk edən koronavirus xəstələrinin evinə həkim briqadası göndəriləcək - RƏSMİ
120 min şəxsə elektron qaydada fərdi hesab açılıb
Xaçmazın giriş-çıxışlarında postlar quruldu, hərəkətə ciddi nəzarət başladı
Komitə sədri: Əhalinin sağlamlığı və sosial müdafiəsi ön plandadır
Azərbaycan nefti ucuzlaşıb
Onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatıb
Kürdəmir sakini külli miqdarda heroin daşıyarkən yaxalandı (FOTO)
Tovuz rayonunda 1 şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması davam edir (FOTO)
DTX-nın həbs etdiyi XİN əməkdaşlarının şikayətləri rədd edildi
Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələndi (VİDEO)
Rusiyada daha 176 nəfər koronavirusdan öldü
Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir
Kaspersky EDR-texnologiyasına əsaslanan inteqrasiya olunmuş həllini təqdim edib
Leyla Abdullayeva: Azərbaycan XİN hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib
Ermənistanda koronavirusa yoluxanların sayı 30 min nəfəri keçdi
AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək
Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 8 nəfər saxlanıldı (FOTO)
Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTO)
Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi
Rauf Əliyev: Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının Xüsusi Sesiyasının çağrılması ilə bağlı təşəbbüsü böyük tarixi əhəmiyyət daşıyır
Mühacirətdəki "müxalifətçi" binəsiblər yeni ağa axtarırlar - "Politşou" təqdim edir (Videolayihə)
Polis İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq etdi (FOTO)
Sabirabadda ana və qızını vurub öldürən sürücü həbs edildi
Azərbaycan iyunda gündəlik 553,8 min barrel xam neft hasil edib
Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu
Afət Həsənova: İqtisadi inkişafımız çətin günlərdə insanlarımızın sosial rifahının qorunmasına imkan verir (FOTO)
Hindistanda bir gündə 25 minə yaxın koronavirusa yoluxma qeydə alındı
Füzulidə 27 yaşlı gənc küçədə qətlə yetirildi
Zoologiya İnstitutu: Çəyirtkələrə qarşı mübarizə tədbirləri may-iyunda aparılmalıdır
"Facebook" Braziliya prezidentinin köməkçiləri ilə əlaqəli səhifələri silib
Son 6 ayda Azərbaycanda neftə nisbətən qaz hasilatı 11 faizdən çox artıb
Ermənistan sutka ərzində atəşkəsi 65 dəfə pozdu
Bakı sakini küçədə bıçaqla hədələnərək qarət olundu
Bakıda yataqxana qarət olundu
Azərbaycan dövləti koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu - Ekspert
Sağalan COVİD xəstələrinə arayış necə verilir? - RƏSMİ AÇIQLAMA
Qazaxıstanda koronavirusa yoluxanların sayı 53 min nəfəri ötüb
Xızıda yük avtomobili yanıb
Vanq Yi: Çin və ABŞ arasındakı münasibətlər tarixin ən ciddi çağırışı ilə üzləşib
Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb
Braziliyada koronavirusa daha 44 571 nəfər yoluxub
Trüdo: Kanada koronavirusla ABŞ-dan daha effektiv mübarizə aparır
Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib
"Forbes": Cef Bezosun sərvəti 180 milyard dolları keçib
Belqradda etiraz aksiyası zamanı 10 polis əməkdaşı xəsarət alıb
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Moskvada koronavirusdan daha 32 nəfər ölüb
Sumqayıtda 250 ədəd patron aşkar olunub (FOTO)
Futbol üzrə Türkiyə Kubokunun final matçının keçiriləcəyi vaxt məlum oldu
Venesuelada ilin əvvəlindən inflyasiya 500 faizi ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 168 mindən çox artıb
Türkiyə və Rusiya Baş Qərargah rəisləri arasında telefon danışığı olub
Şamaxıda çətin şəraitdə yaşayan altı ailə yeni mənzillərlə təmin olunub (FOTO)
AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO)
Tehran metrosunda iki qatar toqquşub
Şamaxıda qanvermə aksiyası keçirilib (FOTO)
ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb
Xaçmazda birmərtəbəli ev yanıb, xəsarət alan var
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
"Şahdağ" Milli Parkının ərazisində yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 190 minə yaxınlaşır
Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb
Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib
COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib (VİDEO)
AGF ilə səhər gimnastikası (VİDEO)
15 yaşında itirdiyi pul qabını 73 yaşında tapdı
Ramin Məmmədov: Azərbaycan artıq dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur
Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq
"Google" "Android" üçün iki yenilənmə buraxıb
190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı
Baş Prokurorluq qətlə yetirilən azyaşlı Nərminlə bağlı məlumatlara münasibət bildirib
Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib (FOTO)
Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq
Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır (FOTO)
Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 465 nəfər sağaldı, 9 nəfər öldü
Sabirabadda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib (FOTO)
Avstriyada daş uçqunu olub - 2 ölü
Dövlət qulluğuna qəbul üzrə təxirə salınmış müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
İraqda son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir
AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı
Bakıda “Mercedes” yanıb
Avropa Komissiyası COVID-19 üçün dərmanların tədarükü barədə iri əczaçılıq şirkətləri ilə razılığa gəlib
Yasamal bələdiyyəsinin vəzifəli əməkdaşı rüşvət alarkən saxlanıldı
Yarım ildə Gömrük Komitəsi büdcəyə 2 milyard manat köçürüb
Hikmət Babaoğlu: Prezidentin fikirləri Ermənistana xəbərdarlıq olmaqla ATƏT-in Minsk Qrupuna da öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır
AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək
Elektron Kredit Portalı güzəştli kreditlər almaq imkanını asanlaşdırır
İyulun 9-da dolların manata qarşı məzənnəsi
Bakıda polisə hücum etdiyi deyilən şəxslər aşkarlandı (VİDEO)
Fındıqçılıq sahəsində məhsuldarlığın artırılması müzakirə edilib
Bütün xəbərlər