...

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanıldı (FOTO/VİDEO)

Hadisə Materials 15 May 2020 15:37 (UTC +04:00)
Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanıldı (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü Sabunçu rayonu, Nardaran qəsəbə sakini Samir Babayev müəyyən olunaraq saxlanılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 177 və 234-cü maddələri ilə əvvəllər məhkum olunan şübhəli şəxsin üzərinə baxış zamanı 1 ədəd “Revolver” (Naqan) markalı atəşə yararlı tapança, 6 ədəd həmin silaha məxsus patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona “baba yadigarı” olduğunu bildirməklə polisə təhvil vermək istəməyib. O, silahı qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib. Bir-birinə zidd ifadələr verən Samir Babayev sonda silahı satmaq üçün müştəri axtardığını bildirib.

Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti