...

Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb, ölən var

Hadisə Materials 26 May 2020 13:35 (UTC +04:00)
Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb, ölən var

Bakı. Trend:

Gəncə şəhər ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil qazılmış kanalizasiya quyusuna düşüb. Nəticədə E.Məmmədov və sərnişini olan həmyerlisi Fuad Rəcəbov xəstəxanaya yerləşdiriliblər. F.Rəcəbov orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti