...

Zaqatalada 2,6 ton çətənə kolu məhv edildi (FOTO)

Hadisə Materials 4 İyun 2020 11:00 (UTC +04:00)

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Yengiyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 2 ton 640 kiloqram olan 5348 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti