...

Poliqonda PARTLAYIŞ - Yaralılar var

Hadisə Materials 16 İyun 2020 10:03 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Novosibirsk vilayətində hərbi poliqonda partlayış baş verib. Trend-in məlumatına görə, partlayış faktının vilayətin Mərkəzi Hərbi İdarəsinin mətbuat xidmtəindən təsdiq ediblər.

Məlumata görə, partlayış təhlükəsizlik tədbirlərinin kobud pozulması nəticəsində artilleriya mərmisinin partlaması ilə baş verib. Hadisə nəticəsində 4 hərbçi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, həyatı təhlükələri yoxdur.

Hərbi İdarənin komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə fakt üzrə araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti