...

Bakıda sanatoriyada məcburi köçkünü cərəyan vurub öldürdü

Hadisə Materials 16 İyun 2020 11:22 (UTC +04:00)
Bakıda sanatoriyada ölüm hadisəsi baş verib
Bakıda sanatoriyada məcburi köçkünü cərəyan vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda sanatoriyada ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki Qızıl Qum sanatoriyasında baş verib.

Həmin sanatoriyada məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Abbasov Surxay Bəhlul oğlu məskunlaşdığı evdə soyuducunu təmir edərkən elektrik cərəyanı vurub. S.Abbasov 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilərkən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti