...

Müdafiə Nazirliyi: Tərtərdə bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina partlayıb

Hadisə Materials 17 İyun 2020 18:59 (UTC +04:00)
Müdafiə Nazirliyi: Tərtərdə bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina partlayıb

Bakı. Samir Əli - Trend:

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Bu barədə Azərbaycan müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti