...

Binəqədi polisi əməliyyat keçirdi, heroin alveri ilə məşğul olan dəstə zərərsizləşdirildi

Hadisə Materials 22 İyun 2020 09:45 (UTC +04:00)
Bakıda heroin alveri ilə məşğul olan dəstə yaxalanıb.
Binəqədi polisi əməliyyat keçirdi, heroin alveri ilə məşğul olan dəstə zərərsizləşdirildi

Bakı. Samir Əli - Trend:

Bakıda heroin alveri ilə məşğul olan dəstə yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynovu saxlayıb. Üzərinə baxış zamanı A. Orucovdan 1 kiloqram 9 qram heroin, Ə. Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb.

Binəqədi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirbəy Ağayevdən 0,924 qram heroin, çantasından isə 1,674 qram heroin, 2,711 qram metanfetamin, 1983-cü il təvəllüdlü Şirxan Məmmədovdan isə 3,392 qram heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti