...

Tərtərdə yol qəzasında bir nəfər ölüb

Hadisə Materials 22 İyun 2020 15:59 (UTC +04:00)
Tərtərdə yol qəzasında bir nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Təhməz Məmmədovun kənd ərazisində idarə etdiyi “VAZ-21074” markalı avtomobil Bərdə rayon sakini C.Əlizadənin idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə toqquşub. Nəticədə T.Məmmədov hadisə yerində ölüb, C.Əlizadə və bir sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti