...

Bakıda axtarışda olan qadın mənzildən oğurluq edib

Hadisə Materials 14 İyul 2020 09:10 (UTC +04:00)
Bakı şəhərində axtarışda olan qadın mənzil qarət edib.
Bakıda axtarışda olan qadın mənzildən oğurluq edib

Bakı. Samir Əli - Trend:

Bakı şəhərində axtarışda olan qadın mənzili qarət edib.

Trend-in məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgərov küçəsində yerləşən evlərin birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti