...

Biləsuvarda evdə yanğın baş verib

Hadisə Materials 26 Avqust 2020 01:57 (UTC +04:00)
Biləsuvarda evdə yanğın baş verib

Bakı. Trend:

Biləsuvar rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti