...

İmişlidə çayxana yanıb

Hadisə Materials 27 Avqust 2020 09:19 (UTC +04:00)
İmişlidə çayxana yanıb

Bakı. Trend:

İmişli rayonunun Mərzəlik kəndində ümumi sahəsi 130 kv.m olan çayxana kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 2-ci mərtəbəsinin tavanı 65 kv.m sahədə, yaxınlıqda ümumi sahəsi 9 kv.m olan taxta konstruksiyalardan ibarət tikili və ümumi sahəsi 9 kv.m olan digər tikilinin taxta atmaları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti