...

Kanadada mağazada baş verən atışmada iki nəfər yaralanıb

Hadisə Materials 12 Sentyabr 2020 06:27 (UTC +04:00)
Kanadada mağazada baş verən atışmada iki nəfər yaralanıb

Bakı. Trend:

Kanadanın Ebbotsford şəhərində(Britaniya Kolumbiyası əyaləti) mağazada baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Global News" telekanalı məlumat yayıb.

Hadisə ov silahları satan "Kabelas" mağazasında baş verib. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Polisin verdiyi məlumata görə, atışma ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Digər təfərrüatlar barədə hələ məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti