Tərtər. Samir Əli - Trend:
Ermənistan silahlı qüvvələri Tərtər rayonun yenidən atəşə tutub.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, rayonun Səhləbad kənd qəbirstanlığ artilleriya atəşinə tutulub.
Hadisə nəticəsində qəbirstanlıqda olan 65 qəbir tam dağılıb, 100-dən çox məzara isə ziyan dəyib. Qəbirstanlıq ərazisinə 20-dən çox top və qrad mərmisi düşüb.