...

Sumqayıtda anbar yanıb

Hadisə Materials 15 Dekabr 2020 09:35 (UTC +04:00)
Sumqayıtda anbar yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 600 kv.m olan anbar kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 350 kv.m sahədə, içərisində olan avtomobil şinləri və ehtiyat hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti