...

Sabunçuda mənzildən kişi meyiti tapılıb

Hadisə Materials 9 Mart 2021 18:03 (UTC +04:00)

Bakı. Trend:

Paytaxtın Sabunçu rayonunda mənzildən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Pototskiy Mixail Yevqenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti