Ağdam. Samir Əli - Trend:
Ağdam rayonunda 4 mülki şəxs - ata üç oğlu ilə birgə minaya düşüb.
Trend-in Qarabağ müxbirinin məlumatına görə, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.
Minaya düşənlərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlər məcburi köçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər.
Hadisə nəticəsində bir nəfərin öldüyü deyilir. Faktla bağlı araşdırma aparılır.