...

Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb

Hadisə Materials 15 Aprel 2021 14:48 (UTC +04:00)
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb

Bakı. Samir Əli - Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Zərdab rayon sakini Məzahir Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. M.Məmmədovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti