...

Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı (FOTO)

Hadisə Materials 16 Aprel 2021 09:29 (UTC +04:00)
Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Lənkəran rayonunda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, aprelin 14-də axşam saatlarında Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş atomobillə həmin kəndin sakini Z.Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Vaz 2107” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Xolmili kənd sakini Samid Hacıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti