...

Sabirabadda evdə yanğın baş verib

Hadisə Materials 30 Aprel 2021 23:03 (UTC +04:00)
Sabirabadda evdə yanğın baş verib

Bakı. Trend:

Sabirabad rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Türkədi kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin 1 otağında divan və kreslo qismən yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 4 m² sahədə qarsalanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti