İsmayıllıda göldə batan gənc oğlanın meyiti tapılıb

Hadisə Materials 4 May 2021 23:35 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Topçu kəndi ərazisində, süni göldə 1994-cü il təvəllüdlü Zərbalıyev Hacı Hamlet oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.Zərbalıyevin meyiti tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti