...

Tovuz rayonunda sexdə yanğın baş verib

Hadisə Materials 5 İyun 2021 02:57 (UTC +04:00)
Tovuz rayonunda sexdə yanğın baş verib

Bakı. Trend:

Tovuz rayonunda sexdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Əyyublu kəndində ümumi sahəsi 200 m² olan daş sexinin içərisində 2 ədəd dəzgah, 1 ədəd generator, 15 m² sahəyə yığılan rezin qəliblər və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Sexin qalan hissəsi və bitişik ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti