...

Bakıda Gülüstan Sarayının yaxınlığında yanğın olub

Hadisə Materials 17 İyun 2021 23:57 (UTC +04:00)
Bakıda Gülüstan Sarayının yaxınlığında yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti