...

Masallıda evdə yanğın olub

Hadisə Materials 23 İyun 2021 00:08 (UTC +04:00)
Masallıda evdə yanğın olub

Bakı. Trend:

Masallı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Həsənli kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə və damına yığılan istifadəsiz əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti