...

Paytaxtda 3 nəfər dənizdə boğulub

Hadisə Materials 10 İyul 2021 17:11 (UTC +04:00)
Paytaxtda 3 nəfər dənizdə boğulub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.

Trend FHN-in saytına istinadən verdiyi xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hadisə "Şüvəlan" sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib.

Həyata keçirilən tədbirlər nəticəsində 1990-cı il təvəllüdlü Əliyev İbrahim Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əliyev Asim Azər oğlu və 1995-ci il təvəllüdlü Məmmədova Nuranə Vəli qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti