Bakı. Samir Əli - Trend:
Hazırda Heydər Əliyev prospekti kənar yolda (mərkəz istiqamətində) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib.
Sıxlığa səbəb qeyd olunan yolda baş verən yol nəqliyyat hadisəsidir.