...

Xızıda "patı" gəzdirən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 28 İyul 2021 10:08 (UTC +04:00)
Xızıda "patı" gəzdirən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində metamfetamin adlanan narkotik tərkibli maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Nurlan Muxtarov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Trend-ə bildirdiyinə görə, Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Nurlan Muxtarovun üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəssi aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti