...

Sumqayıtda dənizdə batan yeniyetmənin meyiti tapılıb

Hadisə Materials 15 Avqust 2021 14:14 (UTC +04:00)
Sumqayıtda dənizdə batan yeniyetmənin meyiti tapılıb

Bakı. Trend:

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti