...

Yasamal rayonunda mənzildə kişi meyiti tapılıb

Hadisə Materials 19 Avqust 2021 12:27 (UTC +04:00)

Bakı. Trend:

Yasamal rayonunda mənzildə 68 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Aqafanov Aleksandr Fyodoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti