...

Türkiyədə yenidən meşə yanğınları başlayıb

Hadisə Materials 2 Sentyabr 2021 16:11 (UTC +04:00)
Türkiyədə yenidən meşə yanğınları başlayıb

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin cənub-qərbindəki Muğla vilayətində iki bölgədə meşə yanğınları başlayıb.

Trend-in məlumatına görə, yanğınlar Milas və Bodrum rayonlarında qeydə alınıb.

Yanğınların qarşısının alınması məqsədilə bir təyyarə, 5 helikopter və 20-yə yaxın texnika cəlb edilib.

Xatırladaq ki, iyulun sonu - avqustun əvvəllərində Muğla da daxil olmaqla, Türkiyənin bir neçə bölgəsində tüğyan etmiş yanğınlar nəticəsində 170 min hektardan çox ərazi yanmışdı.

Xəbər lenti

Xəbər lenti