...

Salyanda oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 3 Sentyabr 2021 15:30 (UTC +04:00)
Salyanda oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayının 31-də rayonun Xurşud kəndi ərazisində yerləşən evlərin birindən 80 manat pul oğurlamaqda şübhəli bilinən həmin kənd sakini Əfsun Miriyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Ə.Miriyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun avqust ayının 24-də yaşadığı kənd ərazisində yerləşən bir mağazadan 1300 manat pul oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti