...

Füzulidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 17 Sentyabr 2021 10:35 (UTC +04:00)
Füzulidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhmədalılar kənd sakini Vadim Səmədov və Aşağı Kürdmahmudlu kənd sakini Mircəfər Rüstəmov saxlanılıblar. V.Səmədovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman sellofan torbada və kağız bükümlərdə qablaşdırılmış marixuana, M.Rüstəmovun üzərindən isə kibrit qutularında qablaşdırılmış narixuana aşkar edilərək götürülüb. Onların satış məqsədi ilə narkotik vasitə olan marixuananı əldə etdiyi müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti