...

Kanadada onlarla fəhlə mədəndə köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 28 Sentyabr 2021 00:24 (UTC +04:00)
Kanadada onlarla fəhlə mədəndə köməksiz vəziyyətdə qalıb

Bakı. Trend:

Kanadada qaldırıcı liftdə qəza səbəbindən ən azı 39 nəfər mədəndən köməksiz vəziyyətdə qalıb.

Trend-in məlumatına görə, hadisə sentyabrın 26-sı günorta Ontario vilayətinin Sadberi şəhəri yaxınlığında yerləşən mədəndə baş verib.

Hazırda xilasedicilər qəza yerinə cəlb ediliblər. Madencilərə dərman, su və yemək çatdırılıb. İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti