...

Goranboyda naməlum meyit qalıqları tapılıb

Hadisə Materials 13 Noyabr 2021 15:04 (UTC +04:00)
Goranboyda naməlum meyit qalıqları tapılıb

Bakı. Samir Əli - Trend:

Noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Xocalı rayon prokurorluğundan Trend-ə bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

Xocalı rayon prokurorluğundan Trend-ə bildirilib ki,

Məqalədə:
Xəbər lenti

Xəbər lenti