Bakı. Trend:
Rusiyanın Sverdlovsk vilayətində Taborı kəndində baş verən yanğın nəticəsində iki uşaq ölüb. 3 yaşlı körpə və 10 yaşlı uşaq yanan evdə qalıb.
Trend xəbər verir ki, bu barədə regional prokurorluğun yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, yanğınla bağlı məlumat noyabrın 19-dan 20-ə keçən gecə daxil olub, uşaqların cəsədləri yanğın söndürülən zaman tapılıb.
Uşaqların atası işdə, anası isə uşaqlarla birlikdə evdə olub. Yanğın başlayandan sonra uşaqların anası yalnız bir uşağı xilas edə bilib.
Taxtadan olan evi alov qısa zamanda bürüyüb, qonşuları vaxtında təxliyyə etmək mümkün olub.