...

Lənkəranda ikimərtəbəli ev yanıb

Hadisə Materials 21 Noyabr 2021 09:15 (UTC +04:00)
Lənkəranda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti