...

Sabirabadda partlayıcı və tezalışan maddələri satan şəxs aşkarlanıb

Hadisə Materials 31 Dekabr 2021 11:17 (UTC +04:00)
Sabirabadda partlayıcı və tezalışan maddələri satan şəxs aşkarlanıb

Bakı. Trend:

Sabirabadda partlayıcı və tezalışan maddələri satan şəxs aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini R.Zeynalovun yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı R.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti