...

Narkotikə görə saxlanılan şəxsin evində axtarışda olan qadın da aşkarlanıb (FOTO)

Hadisə 19 Yanvar 2022 09:57 (UTC +04:00)
Narkotikə görə saxlanılan şəxsin evində axtarışda olan qadın da aşkarlanıb (FOTO)

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Onun evinə keçirilən baxış zamanı isə oradan axtarışda olan qadın aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Bəhrəmtəpə qəsəbə sakini Yadigar Nəsirov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib.

Dindirilmə zamanı Y.Nəsirov narkotik maddəni tanışı Füzuli adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər dəfələrlə narkotiklərə görə məhkum olunmuş Füzuli Gəncəliyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə keçirilən baxış zamanı isə sellofan bükümlərdə “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin, eləcə də iki ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən F.Gəncəliyevin evində axtarış aparılan zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsisin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan İmişli rayon sakini Aytac Əhmədova da aşkarlanıb və o, saxlanılaraq RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti