...

İmişlidə "patı" satanlar saxlanıldı (FOTO)

Hadisə 25 Yanvar 2022 17:14 (UTC +04:00)
İmişlidə "patı" satanlar saxlanıldı (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri – O.Babazadə və A.Həsənov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, hər iki şəxsin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə olan heroin aşkarlanıb.

Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar aparılır. Narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti