...

Sumqayıtda məktəbliyə siqaret satan şəxs cərimələnib (FOTO/VİDEO)

Hadisə Materials 26 Yanvar 2022 12:45 (UTC +04:00)
Sumqayıtda məktəbliyə siqaret satan şəxs cərimələnib (FOTO/VİDEO)

Bakı. Trend:

Sumqayıtda məktəbliyə tütün məmulatı satan şəxs inzibati qaydada cərimə edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Növbəti tədbir Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı şəhər ərazisində fəaliyyət göstərən köşklərdən birinin satıcısı Nahid Pirməmmədovun məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub. Aşkar edilən faktla bağlı həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti