...

Rusiyada beş avtomobilin toqquşması nəticəsində 4 nəfər həyatını itirib

Hadisə Materials 17 Fevral 2022 07:22 (UTC +04:00)
Rusiyada beş avtomobilin toqquşması nəticəsində 4 nəfər həyatını itirib

Bakı. Trend:

Rusiyanın Kemerovo vilayətində beş avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb.

Trend xəbər verir ki, məlumatı DİN regional idarəsinin mətbuat xudməti yayıb.

Qeyd olunur ki, Kemerovo bələdiyyə dairəsi ərazisində P255 “Sibir” magistralının 298-ci kilometrliyində kütləvi qəza baş verib. İlkin ehtimala görə, “VAZ-2109”un sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və yarımqoşqulu “MAZ” markalı yük maşını ilə toqquşub.

Bundan sonra minik avtomobili “Qazel” markalı avtomobilə, daha sonra yük maşını ilə eyni istiqamətdə hərəkət edən “Mitsubishi Outlander”ə çırpılıb.

Nəticədə "VAZ"ın sürücüsü və iki sərnişini hadisə yerində ölüb. “Qazel”in sürücüsü və sərnişini xəsarət alıb.

Qəzadan bir neçə dəqiqə sonra “Daewoo Matiz” markalı avtomobil daha əvvəl qəza törətmiş “QAZelle” ilə toqquşub. Qəza nəticəsində “Daewoo Matiz”in sürücüsü qəzada ölüb, sərnişini isə xəsarət alıb

Hadisənin fəgərüatları araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti