Bakı. Trend:
Cəlilabad rayonunun Qarazəncir kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.