...

Bakıda 18 yaşlı qız özünü dənizə atdı

Hadisə Materials 10 Mart 2022 17:46 (UTC +04:00)
Bakıda 18 yaşlı qız özünü dənizə atdı

Bakı. Samir Əli - Trend:

Bakıda intihara cəhd olub.

Trend-in məlumatına görə, hadisə Dənizkənarı Milli Parkda baş verib. 2004-cü il təvəllüdlü qız özünü dənizə atıb. O, yaxınlıqdakı şəxslərin köməyi ilə dənizdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, intihara cəhd edən şəxs mərkəzə gətirilib. İlkin tibbi yardım göstəriləndən sonra vəziyyəti stabil olduğundan evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti