...

Rusiyada ağır avtoqəza baş verib, ölən və xəsarət alan var

Hadisə Materials 31 Mart 2022 03:42 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Stavropol diyarında ağır yol qəzası baş verib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Yol Hərəkəti Təhlükəsizliyinin Dövlət İnspeksiyasının yerli bölməsi məlumat yayıb.

Qeyd olunur ki, VAZ-21103 и Ford Focus minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb. "Ford"-un arxa oturacağında əyləşmiş azyaşlı xəsarət alıb. Onun həyatını təhlükəsizlik kəməri xilas edib.

İlkin ehtimala görə, qəzaya səbəb "Ford"-un qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxması olub.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti