...

Bu il 265 şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb

Hadisə Materials 18 Aprel 2022 11:44 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən 265 şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Trend-in xəbərinə görə, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

"Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə günün rəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 265-dir.

Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən 265 şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti