...

Çində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq yanıb, xəsarət alanlar var

Hadisə Materials 12 May 2022 07:38 (UTC +04:00)
Çində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq yanıb, xəsarət alanlar var

Bakı. Trend:

Çinin cənub-qərbindəki Çonqinq şəhərinin hava limanında göyərtəsində 122 nəfərin olduğu "Tibet Airlines" şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb.

Trend yerli KİV-lərə istinadla xəbər verir ki, "Airbus A319" model təyyarənin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub.

Hadisənin baş verdiyi Jiangbei Beynəlxalq Hava Limanının məlumatına görə, təyyarənin göyərtəsində olan 122 nəfər təxliyyə edilib.

Onların arasına 40 nəfərdən çox yüngül xəsarət alanların olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti